haberL haberR

İŞİD yeni ölümcül bombadan istifadə etməyə başladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 31.07.2016 11:10:41

İŞİD terrorçuları yeni tip ölümcül bombadan istifadə etməyə başlayıblar

İslamazeri.az-ın  verdiyi xəbərə əsasən, “BBC”-in hərbi mütəxəssisləri İŞİD terror qruplaşması terrorçularının yeni tip bombadan istifadə etdiyi haqda xəbər verib.

 Mütəxəssislərin sözlərinə görə, məhvedici bombanın bu növü adi bombadan fərqlənən tərkiblə doldurulub. Belə bəyanatı, iyul ayının 3-ü Bağdaddakı partlayışın şahidlərinin verdiyi məlumatlar əsasında vermək olar. Xatırladaq ki, həmən vaxt yeni partlayıcı ilə doldurulmuş yük avtomobili havaya uçduqdan sonra, partlayış yerində çuxur qalmayıb, yaxınlıqdakı binalar isə xəsarət almayıblar. Buna baxmayaraq, yaxınlıqda çoxlu sayda kiçik yanğınlar baş verib ki, bu da çoxlu saylı insan qurbanlarının olmasına səbəb olub.
 “Biz artıq böyük partlayışlara öyrəşmişik, lakin bu bombadan istifadə edilmiş reaktivlər, İraqda ilk dəfədir ki, istifadə olunub.”, – yerli könüllülərin liderlərindən biri, briqada generalı Kadim Bəşir Saleh qeyd edib.
 Ehtimal edilən məlumatlara əsasən, yenilənmiş partlayıcını uzun müddət İŞİD nəzarəti altında olmuş Əl-Fəllucə şəhərində hazırlayıblar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.