İslam alimlərinin Qüds günü çıxışlarından; Müsəlmanlar İsrailin hiyləsini anlasınlar

"İmam Xomeyninin dediyi kimi, İsrail rejimi məhv olmalıdır.”
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu sözləri böyük təqlid mərcəsi olan Ayətullah Nuri Həmədani deyib.
“Bu gün imam Xomeyninin (r) yadigar qoyduğu bir gündür və Qum xalqı bir daha onun səsinə səs verdilər. Fələstin məsələsi bütün dünyanı əlaqələndirən bir məsələdir və bütün müsəlmanlar özlərini borclu bilməlidirlər. İmam Xomeyninin dediyi kimi, İsrail rejimi məhv olmalıdır.”, -deyə o əlavə edib.
Təqlid mərcəsi Ayətullah Məkarim Şirazi Fələstinin azad edilməsinə qədər bu günün qeyd ediləcəyini bildirib.
“Zamanını tanıyan xalqın qəhrəmancasına meydanlara gəlməsi, Sionist rejimin və imperialist qüvvələrin gözünə tikan kimi batır. Müsəlman xalqıları bu yürüyüşlərlə, Fələstin məsələsinin unudulmasına icazə verməyəcəklər. Fələstin azad olanadək müsəlman xalqları daima meydanda qalacaqlar.”, -deyə Ayətullah Məkarim Şirazi qeyd edib.
Xobreqan məclisinin sədri Ayətullah Cənnəti də mövzu ilə bağlı çıxış edib.
“Xalqın bu etirazlarda iştirakının düşmənə, xüsusən ABŞ, İsrail və Ali-Səuda mesajı vardır. İran xalqı bu yürüyüşlə sübut etdi ki, daima hegamon rejimlərin önündə, məzlum Fələstin xalqının isə yanındadırlar. Biz islam və əxlaqın göstərişinə əsasən, Fələstin xalqı ilə qardaşıq. ABŞ bilməlidir ki, islam inqilabı ilə Fələstini heç vaxt ayıra bilməyəcəkdir.”, -deyə Cənnəti bildirib.
Təqlid mərcəsi Ayətullah Cavadi Amuli Qüds yürüşlərinin vəhdətə səbəb olduğunu açıqlayıb.
“Qüds, müsəlmanların ilk qibləsidir. Qüdsün zərbə alması, müsəlmanların zərbə almasına səbəb olacaqdır. Buna görə bu məscid qorunmalıdır. Xalqın bu yürüyüşdə iştirakı, müsəlmanların vəhdətinin güclənməsinə səbəb olur. Digər tərəfdən islam ölkələrinə başa salır ki, İsraillə əlaqə qurmaq olmaz.”, -deyə o əlavə edib.
Xobraqan sədrinin müavini Ayətullah Seyid Mahmud Şahrudi bu yürüşlərin İsraillə əlaqələrini düzəldənlərə mesaj olduğunu bildirib.
“Bu yürüyüşlərin, İsraillə əlaqələrini düzəldən islam ölkələri üçüçn xüsusi mesajı var. Xalqımız Fələstin xalqını hər bir halda dəstəkləyir. Fələstini dəstəkləyənlər və dəstəkləməyənlər hamıya məlumdur.”, -deyə o qeyd edib.
Ayətullah Əmini bu mövzuda çıxış edib. O deyib: “İsrail rejimi, islam ölkələrin qəlbində olan xərçəng şişidir ki, islamı öz yolundan çıxarmaq üçün çalışır. İslam ölkələrində irəli gələn bütün problemlərin başı bu rejimdir. Müsəlman xalqlar bu rejimin hiylələrini anlasınlar. Təəssüf olsun ki, islam ölkələrinin əksəri, bu rejimıə mübarizədə yardımçı olmur. Fələstin və məzlum xalqı, islam dünyasının ən önəmli məsələsidir. Qüdsün azad olunması müsəlmanlar üçün çox önəmidir.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.