haberL haberR

İslam Kərimov Səmərqənddə dəfn edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.09.2016 15:57:32

Dəfn mərasimi bu gün onun vətəni Səmərqənddə baş tutub.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ötən gün dünyasını dəyişmiş və Özbəkistanın ilk prezidenti İslam Kərimov bu gün Səmərqənddəki tarixi Şahi-Zinda qəbiristanlığında dəfn edilib.

Özbəkistan hökuməti və parlamenti bildirmişdi ki, Kərimov cümə günü 78 yaşında həyatını itirib. Dəfn mərasimi sentyabr ayının 3-ü onun vətəni Səmərqənddə keçir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.