haberL haberR

İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.05.2015 15:58:24

AİP-in qərargahında İslamçı məhbuslarla bağlı konfrans keçirilib

İslamazeri.az-ın "İslamınsesi.org" saytına istinadən verdiyi xəbərə görə, Bakıda, AİP-in  mərkəzi qərargahında Səud rejiminin barəsində edam hökmü çıxardığı İslam alimi Ayətullah Şeyx Nimrin müdafiəsi, həmçinin Azərbaycanda günahsız yerə həbs olunan ruhanilərin; Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Fəramiz Abbasov, Hacı Tale Bağırov, Hacı Elşən Mustafaoğlu, Hacı Ceyhun Cəfərov, AİP-in Astara şöbəsinin sədri Ruhulla Axundzadə və digərlərinin hüquqlarının müdafiəsi ilə bağlı konfrans keçirilib.

Konfransda AİP sədri Hacı Elçin Manafov, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli, ilahiyyatçı Hacı İlham Əliyev, "Milli-Mənəvi Dəyərlər" ictimai birliyinin İdarə Şurasının üzvləri; Hacı Taleh Abbasov, Mehdi Məmmədov, Əliəkbər Məmmədov,  İslamçıların Müdafiə Komitısinin sədri Kərbəlayi Natiq Kərimov, AİP funksionerləri və başqaları çıxış edərək Səudiyyə Ərəbistanı dövlət ittihamçılarının və məhkəməsinin günahsız ruhani aliminə qarşı ədalətsiz və qeyri-insani davranış göstərərək edam hökmünə məruz qoymasını və qılıncla başının kəsilməsi kimi İŞİD terrorçularına bənzər qəddarlıqla edam formasının tətbiq olunması qərarını verməsini kəskin tənqid etdilər.

Toplantı iştirakçıları, həmçinin, Azərbaycan zindanlarında həbsxana həyatı yaşayan və mömin insanların, ruhani alimlərin məhbəslərdə müxtəlif işgəncələrə məruz qalmalarına qarşı ciddi etiraz etdiklərini dilə gətirdilər.

Konfrans iştirakçılarının qəbul etdikləri bəyanatda Səudiyyə krallığının Ayətullah Şeyx Nimr haqqında çıxardığı edam qərarı kimi səhv addımdan geri çəkilməsi tələb olunmaqla, onun azad edilərək İslamın inkişafı və təbliği prosesində çox əhəmiyyətli fəaliyyətinin davam etdirilməsi üçün şərait yaradılmasının zəruriliyi qeyd edildi. Sənəddə habelə ölkəmizdəki məhbus ruhani alim və möminlərin azad olunmaları, cəmiyyətə faydalı və əhəmiyyətli bu insanların zindanlarda işgəncələrə məruz qoyulmasına son verilməklə onların dini fəaliyyətlərinin davam etdirilməsindən ötrü azadlıq hüquqlarının hakimiyyət tərəfindən tanınması tələb edildi.

İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

/haberimaj/habergaleri/2E9Q1Z2B0M8Q.JPG
  1. İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

  2. İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

  3. İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

  4. İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

  5. İslamçı məhbuslarla bağlı konfrans keçirildi (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.