haberL haberR

İslamçı məhbusun atası: Oğlum sağlamdır, niyə onu vərəmlilərin türməsinə göndəriblər?

Kateqoriya: Münasibət Yayımlama tarixi: 15.05.2016 11:55:16

Xəbər verdiyimiz kimi şənbə günü Ramana qəsəbəsindəki 16 saylı CÇM-dəki 5 islamçı məhbus "Tubzon"a aparılıb

İslamazeri.az "Tubzon" deyilən vərəm xəstələrinin cəza çəkdiyi CÇM-nə göndərilən Tərlan Ağadadaşovun atası Faiqdən münasibət alıb.

O faktı təsdiq edərək "Cümə günü yanına getmişdim. Vəziyyəti, səhhəti və psixoloji durumu əla səviyyədə idi. Sadəcə bir neçə gün öncə Yusif Peyğəmbərin filminin klubda nümayiş etdirilməsilə bağlı Zöhrab adlı əməliyyatçı ilə mübahisələri düşüb. Tərlan da gedib rəislə danışıb; deyibki bu filmi bütün Azərbaycan izləyir,  bizim telekanallar yayımlayır, bunun yayımlanmasında nə problem varki? Rəis filmin nümayiş etdirilməsinə izin verib.", - deyə bildirib.

Faiq Ağadadaşov oğlunun "Tubzon"a göndərilməsindən narahatlığını bildirib: "Şənbə günü isə, PX-dən qara maskalılar gəlib 5 nəfəri; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Allahverdiyev, Elşad Rzayev və Telman Şirəliyevi "Tubzon"a aparıblar. Rəis deyirki, mənlik deyil, "yuxarı"dan tapşırılıb nədir bilmirəm." 

"Ora xəstələr göndərilir, yəni vərəm xəstələri. Mənim oğlum 120 kq çəkidə, əvvəli idmançı, güclü və səhhətində heç bir problemi olmayan biridir. Onu ora niyə göndərirlər? Orada xəstə etməyəmi? Yoxsa döyməyəmi? Mən eşitmişəmki, "Tubzon"a ya xəstələr, ya da döyülməli adamlar aparılır. Amma bu haqda rəisin yanına gedəcəyik, o bizə övladlarımızın "Tubzon"a niyə göndərilməsi haqda məlumat versin. Biz (red: Tubzona göndərilənlərin valideynləri) onların səhhətindən, o cümlədən həyatlarının təhlükədə olmasından narahatıq. Əgər içəridə nəsə qanun pozublarsa, cəza kamerası - yəni "kars" var. Ora salsınlar. Əgər nsə cinayət ediblərsə məhkəmə keçirib, başqa "zon"a, qapalı "krıtı"ya göndərərdilər.", - deyə Faiq Ağadadaşov əlavə edib.

O həmçinin vəkillə "Tubzon"a getdiyini qeyd edərək, istirahət günləri olduğu üçün görüş izni verilmədiyini və islamçı məhbusların "karantin"də olduqlarını öyrəndiklərini də bildirib.

Qeyd edək ki, məhbus ailələri bu məsələdə 3 ehtimal verirlər;

1. Yusif Peyğəmbəri filminə görə yaranmış mübahisə.

2. Adları çəkilənlərin "əfv ərizəsi" yazmaqdan imtina etməsi.

3. Tərlan Ağadadaşovun atası Faiqin oğlu haqqında bir müddət əvvəl geniş video müsahibə verməsi ətraflı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.