haberL haberR

'İslami Cihad' Hərəkatı: 'Hizbullah şəhidlərinin qanı yaxınlaşan zəfər gününün müjdəsidir'

Kateqoriya: İslam Yayımlama tarixi: 19.01.2015 15:21:14 3884 dəfə oxunub.

Fələstinin "İslami Cihad" Hərəkatı da Suriyadakı hadisəyə reaksiyasını bildirib

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" Hərəkatı İsrailin "Hizbullah"-a qarşı təşkil etdiyi hücumunu qınayıb. 

Hərəkat tərəfindən verilən açıqlamada belə qeyd olunub :
"Şəhid olan mücahid qardaşlarımız müqavimət xəttində qalaraq, cihad vəzifələrini şərəflə yerinə yetiriblər. Onların qanları çox da uzaqda olmayan zəfər gününün müjdəsidir."

"İslami Cihad" Hərəkatı daim müqavimətə sadiq qalacaqlarını vurğulayaraq, müqavimətçilərə və şəhidlərin ailələrinə təbriklərini çatdırıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.