haberL haberR

"İslami Cihad" hərəkatının lideri azadlığa çıxdı (Foto)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.07.2015 10:35:00

Xıdır Adnan azadlığa buraxılıb

İslamazeri.az xəbər verir ki, İsrail rejimi həbsxanasında inzibati məhbus kimi saxlanılan "İslami Cihad" hərəkatının lideri Xıdır Adnan sərbəst buraxılıb.

Adnanın ailəsindən "Xıdır sərbəst buraxıldıqdan sonra telefonla bizə zəng edərək bir neçə saata evdə olacağını bildirdi", -deyə bildirilib. Xıdır Adnan ötən ayın sonlarında İsrail rejimi həbsxanaları idarəsinin Ramazan bayramı ərəfəsində azadlığa buraxılmağı təmin edən müqaviləsindən sonra 55 gün davam etdirdiyi aclıq aksiyasını başa vurub. İsrail rejimi tərəfindən dəfələrlə həbs olunan "İslami Cihad" hərəkatının nüfuzlu lideri Adnan son olaraq 2014-cü ilin 8 iyulunda Cənin şəhərindəki təhlükəsizlik məntəqəsində saxlanılıb. Adnan inzibati həbs qərarının uzadılmasına etiraz etmək üçün 2015-ci ilin 5 matında aclıq aksiyasına başlamışdı. Daha əvvəl də 67 günlük aclıq aksiyası elan edən Adnanın sağlamlığının yerində olmadığı  qeyd edilmişdi.

Sionist İsrail kəşfiyyatı gizli təhlükəsizlik məlumatlarına əsaslanaraq "inzibati həbs" adı altında fələstinliləri 1 ilə 6 ay arasında saxlayır. Məhbusun İsrail rejiminin təhlükəsizliyi üçün təhlükə təşkil etdiyinə qərar verilməsi halında, hərbi hakim hər hansı cinayətə əsaslanmadan həbs müddətini 5 ilə qədər uzada bilir. Fələstinli ailələr tez-tez nümayiş keçirərək beynəlxalq cəmiyyət və təşkilatlardan bu məsələdə yardım tələb edir.

İslami Cihad hərəkatının lideri azadlığa çıxdı (Foto)

/haberimaj/habergaleri/7T4E7O7Q6B4F.JPG
  1. İslami Cihad hərəkatının lideri azadlığa çıxdı (Foto)

  2. İslami Cihad hərəkatının lideri azadlığa çıxdı (Foto)

  3. İslami Cihad hərəkatının lideri azadlığa çıxdı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.