haberL haberR

“İslami İnsan Haqları Komissiyası”nın rəhbəri Londonda Səud rejiminin Yəmənə hücumu barədə danışıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.08.2016 10:04:45

"Qərb ölkələri ilə dostluğu ilə lovğalanan Ərəbistan məğlubiyyətini qəbul etməyəcək qədər qəddardır."

İslamazeri.az-ın “Sputnik”-ə istinadən verdiyi xəbərə əsasən, Səud rejiminin bu addımını məhkum edən Məsud Şəcərə bildirib: “Riyad bölgədə əsas və yeganə qüdrət olmaq niyyətindədir. Elə bu səbəbdən Bəhreyn, Yəmən və Suriyada qarşıdurmalar yaradır. Onlar krallıqlarının uzunmüddətli olması üçün bu cür addımlar atırlar. İngiltərə və ABŞ da Yəmən böhranı zamanı Səud rejiminə silah satmaqda maraqlı olduqlarına görə, bu məsələyə müdaxilə etmirlər. Ərəbistan ABŞ-ın illər öncə Əfqanistanda düşdüyü bataqlığa düşüb. Qərb ölkələri ilə dostluğu ilə lovğalanan Ərəbistan məğlubiyyətini qəbul etməyəcək qədər qəddardır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.