haberL haberR

İspaniyalı futbolçudan xeyriyyəçi addım

Kateqoriya: İdman Yayımlama tarixi: 02.08.2016 14:30:34

Xeyriyyə cəmiyyəti yaxtanı satışa çıxaracağını və əldə olunacaq gəlirin insanlara kömək layihələrində xərclənəcəyini bildirib.

Qətərin "Əl Sədd" klubunda çıxış edən Xavyer Hernandes qaçqınlara kömək edən xeyriyyə cəmiyyətinə hədiyyə verib. "Report"un məlumatına görə, futbolçu uzunluğu 9 metr, eni 2,6 metr olan "Pelopina" adlı yaxtasını cəmiyyətə bağışlayıb.
Xeyriyyə cəmiyyəti yaxtanı satışa çıxaracağını və əldə olunacaq gəlirin insanlara kömək layihələrində xərclənəcəyini bildirib.
Qeyd edək ki, 17 mövsüm İspaniyanın "Barselona" klubunda top qovan Xavi ötən ilin mayında Qətərə yollanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.