haberL haberR

İsrail Aşura Mərasimində Nəsrullaha sui-qəsd planlayıbmış

Kateqoriya: İslam Yayımlama tarixi: 14.11.2014 17:15:44 3824 dəfə oxunub.

İsrail Nəsrallaha sui-qəsd planlayıbmış, amma....

Islamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi məlumata görə, İsrail keçən həftə  keçirilən Aşura mərasimində Livanın Hizbullah hərəkatının rəhbəri Seyyid Həsən  Nəsrullaha sui-qəsd hazırlayıbmış. 

Hollandiyanın “De Telegraaf” qəzetinin xəbərinə görə, sui-qəsd planı boşa  çıxıb.  Qəzetə etibarlı mənbədən verilən məlumatda deyilib ki, Nəsrullah xalqın qarşısına çıxarkən öldürücü gülləylə ona atəş açılmalıymış. 

Lakin rus istehsalı radartutma qabiliyyətinə malik papaqlar bunu əngəlləyib.  Bu barədə israilli zabit məlumat verib.


O belə deyib: "Rusiyanın Hizbullaha texniki yardımlarından xəbərdar idik. Lakin Hizbullahın bu cür texnologiyaya sahib olacağını ağlımıza gətirə bilməzdik."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.