haberL haberR

İsrail əsgərləri bir hamilə qadın, bir qoca kişini öldürdü - Foto

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 02.07.2016 13:38:06

İki Fələstin vətəndaşı İsrail qüvvələri tərəfindən şəhid edilib

İslamazeri.az-ın “Palinfo”-ya istinadən verdiyi xəbərə əsasən, dünən sübh saatlarında həzrət İbrahimin (ə) hərəmi yaxınlığında bir  hamilə qadın İsrail qüvvələri tərəfindən öldürülüb.

İsrail tərəfi  qadının soyuq silahla onlara hücum etmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, sonuncu cümə namazını Qüdsdə qılmaq istəyən fələstinli qoca da, İsrail qüvvələri tərəfindən atılan göz yaşardıcı qazdan boğularaq həyatını itirib.

Şahidlərin bildirdiynə əsasən, İsrail rejimi 45 yaşdan aşağı olan kişilərin Qüdsdə ibadət etməsinin qarşısını alıb. Qadınların isə yaş fərqi olmadan məscidə daxil olmasına izin verilib.

İsrail əsgərləri bir hamilə qadın, bir qoca kişini öldürdü - Foto

/haberimaj/habergaleri/0T7E9O0Q8B6E.JPG
  1. İsrail əsgərləri bir hamilə qadın, bir qoca kişini öldürdü - Foto

  2. İsrail əsgərləri bir hamilə qadın, bir qoca kişini öldürdü - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.