haberL haberR

İsrail əsgərləri "Hizbullah"dan qorxmamaları üçün oyunlar oynayırlar

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 09.06.2016 20:00:12

İsrail tərəfi əsgərlərini müharibəyə hazırlıq məqsədilə və psixoloji durumlarının yaxşılaşdırılması üçün "Hizbullah"la müharibəni əks etdirən video oyunlar oynamağa şövq edir və yeni oyunlar hazırlayır

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, iki dəfə “Hizbullah”-a məğlub olan Sionist rejimi, bu məğlubiyyətlərinin əvəzini kompüter oyunlarında çıxmaq qərarına gəlib.

Bu barədə mütəxəssislərin fəaliyyətinə start verən İsrail rejimi, “Call of duty” kimi məşhur oyunlarda, rejim əsgərlərinin “Hizbullah”-a qalib gəlməsi üçün video oyun dərsləri də keçirlər.

Mənbənin məlumatına görə bu oyunların məqsədi gələcək 5 ildə iki dəstə arasında başlanacaq olan yeni savaşa psixoloji hazırlıqdır.

İsrail tərəfi yeni İsrail istehsalı bu cür oyunların ərsəyə gəlməsi üçün zaman və pula ehtiyaclarının olduğunu deyərək bildirib: “Bu oyun çox təhlükəlidir. Biz mühüm silahlarımızı düzəltdikdən sonra həmişə bu cür addımlar atırıq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.