haberL haberR

İsrail Hərbi Kəşfiyyatının rəhbəri: İranla kiber müharibə vəziyyətindəyik

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.03.2016 20:26:55

İsrail ordusunun kəşfiyyat xidmətinin rəisi Hertsi Xal-Levi İran və ərəb ölkəlrəilə maraqlı açıqlamalar verib

İslamazeri.az-ın "SəhərTV"-yə istinadən verdiyi xəbərə görə, İsrail ordusunun kəşfiyyat xidməti/ AMAN-ın  rəisi general mayor Hertsi Xal-Levi İsrailin İran ilə kəskin kiber müharibə halında olduğunu etiraf edərək, İranın kiber hücumları qarşısında sionist rejimin önəmli kompüter sistemlərini mühafizə etməyə çalışdıqlarını bildirib.

"Rəy əl-Yəum" informasiya portalı yazır: "İsrail ordusunun kəşfiyyat xidmətinin başçısı bu rejimin İran ilə kiber müharibə halında olduğunu etiraf edərək, kiber müharibə sahəsində son dərəcə müasir texnologiyaya malik olan "8200" bölməsinin fəaliyyətlərindən danışıb. Xa-Levi  komandanlığı altında fəaliyyət göstərən bu bölmədə minlərlə sionist kompüter proqramçısı fəaliyyət göstərir."

"Defens Nyus" informasiya portalı da məsələ iə bağlı verdiyi məlumatda bəzi statistik məlumatlara istinad edərək  "2015-ci ilin sonunda ifşa edilən məlumatlara görə, İsrail rejimi Ərəb dünyasına nüfuz etmək, onların mədəniyyətini zəhərləmək və sionistlərin maraqlarına xidmət edən düşüncələri təbliğ etmək məqsədi ilə dünyanın ən iri kiber ordusunu təşkil edib", -  qeyd edib.

"Defens Nyus" xəbərin davamında bildirir ki,  "8200" bölməsinin bir qrup mütəxəssisi sosial şəbəkələr vasitəsi ilə müxtəlif ölkələrdə olan müxalif qruplara təlim keçmək kimi də, bir missiyaya malikdir. Həmçinin, minlərlə nəfər fitnə törətmək, yalan şayiələr yaymaq, ziyalılar və fəallara qara yaxmaq, onları ləkələmək, dini və etnik ixtilafları alovlandırmaq məqsədi ilə bu bölmə ilə əməkdaşlıq edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.