haberL haberR

İsrail "Hizbullah"ın qorxusundan Livan sərhəddinə divar hörür

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.02.2015 12:20:33

İsrail ordusundakı “əl-Cəlil” dəstəsinin Hanita Kibbutz adlı yer ilə Livan arasında divar inşa etməyə başladığı bildirilib

İslamazeri.az-ın “İslamianaliz”ə istinadən verdiyi xəbərə görə, İsrail ordusu Nəsrullahın ard-arda gələn təhdidlərinin yaratdığı qorxu səbəbilə Hanita Kibbutz adlı yer ilə Livan arasına divar hördürdüyü xəbəri yayılıb.

Xəbərdə bu divarın hədəfinin "düşmən güclərinin İsrailin içərisinə sürətli bir şəkildə çatmalarının qarşısını almaq"- olduğu ifadə edilib. 

Həmçinin, "Nəsrullahın çıxışlarındakı təhdidlər həqiqətdən kənar sözlər deyil.  Xüsusilə də, sərhəd bölgədə yaşayış məntəqələrinin olması bunu açıqca ortaya qoyur"- deyə bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.