haberL haberR

Muğniyənin köməkçisi, Hizbullah komandirinə Suriyada sui-qəsd

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.05.2016 11:51:45

Livan Hizbullahı: Şəhidimizin qisası alınacaq!

İslamazeri.az Livan mediasına istinadən xəbər verir ki, Livan “Hizbullah” hərəkatının əsas komandirlərindən biri olan "Seyid Zülfüqar" ləqəbli Mustafa Bədrəddin, Dəməşq ətrafında beynəlxalq hava-limanın yaxınlığında baş vermiş partlayışda həyatını itirib.

"Əl Məyadeen"in bildirdiyinə görə,  Bədrəddin  Livan-Suriya sərhəddi rayonunda İsrail HHQ-in avia-zərbəsi nəticəsində həyatını itirib.

Digər məlumata görə, “Hizbullah"ın əsas komandirlərindən biri Mustafa Bədrəddin, Livan hərəkatının Dəməşq beynəlxalq hava-limanı yaxınlığında yerləşən qərargahının yanında baş vermiş güclü partlayış nəticəsində həyatını itirib.

Rəsmi məlumatda partlayışın səbəbi bildirilməyib. Bədrəddinin ölümünün təfərrüatları aydınlaşdırılır. Məlumatda bildirilir ki, hadisənin təfərrüatları  üəyyənləşdirilicək.

Qeyd edək ki, Mustafa Bədrəddin "Hizbullah" komandiri İmad Muğniyənin köməkçisi və qaynı olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.