haberL haberR

İsrail keçmiş müsəlman məzarlığında pivə festival keçirdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.09.2016 13:15:30

Hadisə müsəlmanların hiddətinə səbəb olub.

İslamazeri.az-ın "almasdarnews"-a istinadən verdiyi xəbərə əsasən, İsrail bu həftə müqəddəs Qüds şəhərində pivə festivalı keçirilib. Festivalın keçirildiyi yer keçmiş müsəlman qəbiristanlığı olub. Bu yerli Fələstin əhalisinin etirazına səbəb olub.

Bəzi məlumatlara əsasən, pivə festivalı Mamənullah məzarlığında keçirilibş Hansının ki, bu ərazidən yüzlərlə müsəlmanın nəşi israil rejimi hərbi qulluqçuları tərəfindən qazılaraq çıxarılıb.

1948-ci ildə İsrail rejiminin İsrail dövlətinin yaranmasını elan etməsindən bəri Mamənullah məzarlığı tərəflərin mübahisə mövzusu olub. Mübahisələrə səbəb isə onun ərazisində davam edən tikintidir.

Xatırladaq ki, İsrail rejimi qəbiristanlığın yerləşdiyi ərazinin adı dəyişdirilərək "Müstəqillik parkı" edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.