haberL haberR

İsrail kəşfiyyatına bağlı sayt Əsəd müxaliflərinin məğlubiyyət səbəblərini açıqladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 03.08.2016 19:40:36

İsrail Kəşfiyyatına bağlı Debka saytı Hələb və Şam ətarında Livan Hizbullahı və İranın irəliləyişilə bağlı 5 səbəb açıqlayıb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İsrail Kəşfiyyatına bağlı Debka saytı Hələb və Şam ətrafında Livan Hizbullahı və İranın irəliləyişi və qarşı cəbhənin uğursuzluğu ilə bağlı 5 səbəb açıqlayıb:

1. Rusiyanın hərbi müdaxiləsinin və əməliyyatlarının 11 ay sonra gücünü göstərməsi

2. Suriya prezidenti Bəşər Əsədin Suriya ordusunun ölkə nüfuzunun yarısının yaşadığı dörd böyük şəhər olan Şam, Hələb, Homs və Hamaya önəm verib strateji sərgiləməsi

3. Beş il sonra müxaliflərin ABŞ yardımlarından ümidini kəsməsi və Obama hökümətinin Əsədi devirmək yerinə İŞİD-i məhv etməklə bağlı maraqlanması

4. Türkiyənin hərbi çevrilişə cəhddən sonra öz daxili işlərinə başının qarışması və ordudakı təmizləmələrə start verməsinə görə, Suriyadakı müxalifləri dəstəkləyəcək durumda olmaması

5. Suriya "üsyan"ının "ağa"ları olan Səudiyyə, Qətər və BƏƏ-nin müxalifləri dəstəkləməkdən yorulmaları.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.