haberL haberR

İsrail məhkəməsi fələstinli gəncə 3 dəfə ömürlük həbs verdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.07.2016 12:37:03

İsrail məhkəməsi, "avtobus əməliyyatı"nı həyata keçirən fələstinli gəncə hökm oxuyub

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, məhkəmə, işğalçı rejim qüvvələrinin Əqsa məscidinə hücum edərək, fələstinli ailələrdən birini yandırma olayına etiraz edən Bilal əbu Ğanimə hökm oxuyub.

Qüds intifadəsinə qoşularaq, məşhur “Avtobus əməliyyatı”-nı həyata keçirən Bilal, 3 dəfə ömürlük həbs, 60 il ayrıca həbs cəzası və 1 milyon 900 min NIS (rejimin pul vahidi) cəriməyə məhkum edilib.

HƏMAS üzvü olan Bilal ötən ilin oktyabr ayında, 3 İsrail vətəndaşının ölümündə, 11 nəfərin isə yaralanmasında təqsirli bilinir.

Qeyd edək ki, İsrail vətəndaşları ilə dolu olan avtobusa hücum edən Bilal, az yaşlı uşaq və qocaları öldürməmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.