haberL haberR

İsrail ordusunun generalı Hizbullahla yeni müharibədən danışdı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 22.04.2016 17:08:15

İsrail ordusunun generalı Yair Qolan Livan Hizbullahı ilə yeni müharibə ehtimalından danışıb

İslamazeri.az-ın İsrail mediaısna istinadən verdiyi xəbərə əsasən, İsrail ordusunun qərargah rəisinin müavinlərindən olan Yair Qolan “Hizbullah”-ın əldə etdiyi silahlarında İsraili narahat etdiyini deyərək bildirib: “Onların sahib olduqlar güc, həqiqi müharibənin baş verməsinə səbəb ola bilər. Onlar tərəfindən təhlükəni aradan aparmaq qeyri mümkündür. Keçmişlə müqayisədə anlayırıq ki, bu təşkilatın hərbi qüvvəsi bizim üçün ən böyük təhlükədir.”

Yəhudi general Livan Hizbullahının 100 min raket arsenalına malik olduğunu, həmçinin Tel-Əviv üçün real təhlükə yaratdığını bildirib.

O həmçinin, bu döyüşün əvvəlki 20 ildə olan döyüşlərdən fərqlənəcəyini də qeyd edib. Sionist general yeni müharibə zamanı mülkü vətəndaşların və binaların da hədəfə alınacağını önə çəkib.

Xatırladaq ki, Seyid Nəsrullah "Əl Məyadeen" telekanalına bir müddət öncə verdiyi müsahibə zamanı bildirmişdi ki, İsrailin Livana hücum edərək yeni müharibəyə başlayacağı təqdirdə Hizbullah bu müharibədə qırmızı xətt tanımayacaq. Hizbullah Lideri  müsahibəsində ABŞ-ın izni olmadan İsrailin belə bir müharibəyə cürət etməyəcəyini də qeyd edərək, İsrailin Livana hücum edəcəyi təqdirdə İsrailin tək problemi amonyak bazaları deyil, bundan başqa digər kimyəvi fabriklər, o cümlədən İsrailin biyoloji atom bazaları və bütün şəhərlərindəki fabrik və zavodlarının Livan Hizbullahının hədəfinə tuş gələcəyini açıqlamışdı. Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.