haberL haberR

İsrail polisi 14 yaşlı fələstinli qızı həbs etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.01.2015 19:23:05

İşğalçı İsrail rejimi bir neçə gün öncə yetkinlik yaşına çatmayan bir fələstinli qızı həbs edib

İslamazeri.az-ın Fələstin mediasına istinadən verdiyi məlumata görə, işğalçı İsrail polisi 14 yaşlı Malak adlı fələstinli qızı həbs edib.

İşğalçılar onu polisə daş atmaqda ittiham ediblər.

Malakın valideyinlərinin verdiyi məlumata görə, 14 yaşlı qızları polis tərəfindən yoldaca həbs edilib.

Onların sözlərinə görə, Malak  polis maşınında təzyiqlər nəticəsində əməlini boynuna alıb.

Bundan sonra, 14 yaşlı Malak polis idarəsinə, ordanda məhkəməyə aparılaraq barəsində 2 ay həbs qətiimkan tədbiri seçilib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.