haberL haberR

İsrail polisi 5 yaşlı fələstinlini gözündən yaraladı

Kateqoriya: İslam Yayımlama tarixi: 26.12.2014 18:14:37

İsrail polisi 5 yaşlı fələstinlinin güllə ilə üz nahiyəsinə xəsarət yetirib

İslamazeri.az-ın "RT"-yə istinadən verdiyi xəbərə görə, hadisə Qüdsün şərqində baş verib.

 Valideynlərinin dediyinə görə, 5 yaşlı Məhəmməd Camal Ubeyd məktəbdən evə qayıdarkən sionist rejim polisinin hücumuna məruz qalıb.

Polis rezin güllə ilə uşağın üzünə atəş açıb. Uşaq əməliyyat edilsə də, onun görmə qabiliyyəti zəifləyib. Əməliyyat 4 saat çəkib. Uşağın gözaltı sümüyü yararsız hala düşdüyü üçün, gözaltı sümüyü metal lövhə ilə əvəz olunub.

 

Əlavə edək ki, Məhəmmədin atası hadisə ilə bağlı cinayətkar İsrail polisinin həbs olunmasını istəyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.