haberL haberR

İsrail rejimi "daş atanlar"a 10 ilə qədər həbs cəzası verəcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 01.06.2015 15:17:36

Yeni qanun parlamentə təqdim olunub

İslamazeri.az-ın "Fələstin" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail rejimi parlamentinə təqdim olunan yeni qanunla mövcud vəziyyətdə zərər vermək məqsədilə daş atanlara 20 il həbs cəzası verilməsinə dair qanun genişləndirilərək, hərəkət edən maşınlara daş atanların  10 ilə qədər cəza alması təmin ediləcək.

Qanunu ədliyyə naziri Ayelet Şahkidin təqdim etdiyi bildirilib. Onun mövcud vəziyyətdə daş atanların digər cinayətlərə nəzərən çox yüngül cəzalar aldığını iddia etdiyi deyilir. Qanunun Baş nazir Benyamin Netanyahunun İsrail rejiminin beynəlxalq qaralama kampaniyasına məruz qaldığını deməsindən sonra təklif edilməsi diqqət çəkib. İddia edilib ki, fələstinlilər İordaniya çayının qərb sahilində İsrail rejimi nəqliyyat vasitələrinə hər gün daş atır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.