haberL haberR

İsrail rejimi qanunları bir az da sərtləşdirdi: "Valideynləri də cəzalansın!"

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.09.2015 17:16:31

"Vur" əmri israilli nazirlərə bəs etmədi.

İslamazeri.az-ın "Sputniknews"a istinadən verdiyi məlumata görə, daş atan fələstinlilərin snayperlər tərəfindən hədəfə alınmasına icazə verilən İsraildə, bu dəfə də daş atan uşaqların ailələrinin cəzalandırılması gündəmdədir.

İsraildə Ədliyyə Naziri Ayalet Şakel ilə Kommunal Xidmətlər Naziri Haim Katz daş atan uşaqların ana və atalarının da cəzalandırılmasını nəzərdə tutan bir qanun layihəsi hazırlayıb. Qanuna görə daş atdığı müəyyən edilən fələstinli uşaqların valideynlərini böyük məbləğdə cərimələr gözləyir. Əlavə olaraq fələstinli uşaqlara verilən cəzaların artırılması təklifi də qanun layihəsi çərçivəsində yer alır. İsraildə hazırda tətbiq edilən qanunlara görə uşaqlarının törətdiyi cinayətlərə görə valideynlərə cəza verilmir.

Qeyd edək ki, İsrail həbsxanalarında 18 yaşından aşağı 205 uşaq var. Həbsxanalardakı ümumi məhbus sayı isə 6500 nəfərdir. Bunlardan 478 nəfəri ömürlük həbs cəzası verilmiş məhkumlar, 21 nəfəri qadın, 480 nəfəri inzibati həbs, 13 nəfəri deputat, ikisi keçmiş nazir və 80 nəfərinin vəziyyəti ağır olan 1500 xəstə məhbus var.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.