haberL haberR

İsrail şokda: Dimona nüvə obyektinin üstündə pilotsuz təyyarə... - Foto

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.03.2016 23:03:31

İsrail tərəfi İsrailin Dimona nüvə obyektinin üstündə kəşfiyyat aparan pilotsuz təyyarənin kimə aid olduğunu araşdırır

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə görə, İsrail hərbi kəşfiyyatı və güc strukturları mart ayının 10-da İsrailin Dimona nüvə obyektinin üstündə kəşfiyyat aparan pilotsuz təyyarənin kimə aid olduğunu araşdırsada. hələ də naməlum uçan obyektin kimə aid olduğunu tapa bilməyib.

Bu məsələ ilə bağlı  The Aviationist adlı sayt məlumat dərc edib. Saytın yazdığına görə, 10 martda İsrailin Dimona nüvə obyektinin üstündə naməlum pilotsuz təyyarə və ya obyekt bir neçə dəqiqə kəşfiyyat uçuşu həyata keçirib.

Məlumata görə. 16 min fit yüksəklikdə (red:5 min metr) və saatda 326 km surətlə uçan pilotsuz təyyarənin Dimonanın üstündə dairə cızaraq uçtuqdan sonra, şərqə tərəf İordaniyaya keçdiyi, daha sonra İsrail sərhədlərinə geri dönüb.

Kimə aid olduğu məlum olmayan təyyarənin uçduğu yerin İsrailin uçuşa qadağan olan ərazisi olduğunu önə çəkən xəbərdə, İsrailin 2012-ci ildə Hizbullaha aid bir pilotsuz təyyarəni F-16 qırıcısı ilə vurduğunu xatırladıb. 

İsrail şokda: Dimona nüvə obyektinin üstündə pilotsuz təyyarə... - Foto

/haberimaj/habergaleri/3X0J2T3V1G9J.PNG
  1. İsrail şokda: Dimona nüvə obyektinin üstündə pilotsuz təyyarə... - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.