haberL haberR

İsrail tərəfi "Hizbullah"ın qisas alacağından narahat olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.12.2015 11:01:16

İsraillilər “Hizbullah”-ın təhdidlərinin ciddi olduğunu hesab edirlər

İslamazeri.az-ın verdiyi məlumata əsasən, İsrail qəzeti “Yediot Ahranot” Livanın “Hizbullah” təşkilatının intiqam əməliyyatı keçirəcəyini bildirib.

Buna görə bütün ehtimallar nəzərə alınaraq hazır vəziyyətinə gətirilib. Ordunun bu məqsədlə hər gün müşavirə keçirdiyi və fikir mübadiləsi apardığı bildirilir.

İsrail ordusunun generallarının dəyərləndirməsinə görə, İsrailin təhdid edən bu intiqam hücumu ciddidir və bu hücum hökmən baş tutacaqdır.

Lakin İsrail tərəfi bu hücumun məkan və zamanından xəbərdar olmadığını da etiraf edib.

Qeyd edək ki, aşağıdakı şəkil "Hizbullah"ın İsrailin Suriyadakı əəliyyatına cavab olaraq keçirdiyi əməliyyatdan sonra çəkilib. Bu cavab zərbəsi zamanı onlarla İsrail əsgəri öldürülmüş bir neçə zirehli texnika sıradan çıxarılmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.