haberL haberR
Beyrut səmalarinda işğalçı İsrail rejiminin təyyarələri qanunsuz uçuşlar həyata keçirib

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, işğalçı İsrail rejimi aviasiyası növbəti dəfə Livanın hava sərhədlərini pozub. Belə ki, İsrailə məxsus təyyarələr Livanın paytaxtı Beyrut şəhərinin hava sahəsində az hündürlükdə uçuşlar həyata keçiriblər. İşğalçı rejim təyyarələri Livanın hava məkanında 17 saata qədər qanunsuz uçuş həyata keçiriblər.

BMT-nin Livanda olan müvəqqəti qüvvələrinin komandanlığı bəyan edib ki, İsrail rejiminin Livan hava sərhədlərini pozması Birləşmiş Millətlər Təşkilatının 2006-cı ildə qəbul olunmuş atəşkəs haqqında 1701 nömrəli qətnaməsinin ciddi şəkildə pozulmasıdır.

Qeyd edək ki, Livan höküməti BMT-yə dəfələrlə İsrail rejiminin ölkə suverenliyinin pozulduğuna görə, şikayət ünvanlayıb. Təkcə 2014-cü ilin 6 ayında sionist rejim 516 dəfə Livan sərhədlərini pozub.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.