haberL haberR

İsraili düşündürən sual: Heydəri İraqın Nəsrullahı ola biləcəkmi? VİDEO

Kateqoriya: İslam Yayımlama tarixi: 02.12.2014 20:24:58 8139 dəfə oxunub.

İraqda Livan Hizbullahının liderinə bənzədilən seyid Haşim Heydəri kimdir?

İslamazeri.az-ın verdiyi xəbərə görə, “Almanitur” portalı bu haqda bəzi məlumatları açıqlayıb.

Bu portala görə, seyid Haşim Heydəri Aşura günü etdiyi çıxışı İraqda onun böyük nüfuza sahib olduğunu və öz ideologiyasında necə qərarlı olduğunu göstərib.

 Portalın açıqlamasıan görə, Kuveytin tanınmış din alimlərindən olan Huseyn Mətuf seyid Haşim bildirib ki, Heydərinin Livan Hizbullahının lideri seyid Həsən Nəsrullahla həqiqətən əlaqəsi var, hətta Heydəri Hizbullah liderinin İraqda ən güvəndiyi şəxslərdəndir. Huseyn Mətufun sözlərinə görə, Heydəri özünü Həsən Nəsrullah və Ayətullah Xameneinin əsgəri kimi görür. Bu haqda Rasthaber yazır.

İraqdakı koalisiya qüvvələrinin uğursuz, lakin reklam olunan əməliyyatları İŞİD-in nəinki məhvinə, hətta zəifləməsinə belə səbəb olmamışdır, İranın könüllülərə dəstəyi isə medianın manşetlərində və dünya TV-lərinin müzakirə mövzusu olub.

ABŞ tərəfinin açıqlamasına görə, Livan Hizbullahının da, İraqda könüllü güclərin təlimində böyük rolu var.

İraqın hərbi rəsmisi “Almanitur”a açıqlamasında bildirib ki, onlarla Hizbullah döyüşçüsü İŞİD-lə mübarizə və döyüş təlimi üçün İraqa gəlib və heç kəsin İŞİD-lə mücadilədə Hizbullahın verdiyi taktikaya sahib deyildir.

Portala görə, məhz Hizbullah və İranın bu fəaliyyətləri zamanı iraqlıların içindən ruhani və komandirlərin çıxması Heydərinin də İran və Hizbullaha bağlı biri olduğunu deməyə əsas verir.

Hazırda İraqla bağlı dünya Kəşfiyyatını maraqlandıran suallardan biri də budur ki, seyid Haşim Heydəri İraqın ikinci Nəsrullahı ola biləcəkmi? Heydərinin çıxışından bir hissəni islamazeri.az tərcümə edərək sizə təqdim edir:

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.