haberL haberR

"İsraili Fələstindən çıxarmaq üçün nüvə silahından istifadə etməliyik"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 26.09.2015 15:14:29

Əlcəzair Milli Azadlıq Partiyasının lideri sərt çıxış edib

İslamazeri.az xəbər verir ki, Əlcəzairin sabiq şəhərsalma naziri və Milli Azadlıq Partiyasının lideri Əbdürrəhman Bəlayat "Əqsa məscidinə sionist təcavüzü" adlı tədbirə qatılıb.

Bəlayata görə, Əlcəzair nüvə silahlarını dağa yerləşdirərək İsrail rejiminin Fələstini tərk etməsini tələb etməlidir.

Əlcəzairli sabiq nazir iştirak etdiyi tədbirdə belə danışıb:

"Nüvə silahı əldə etməliyik. Nüvə silahına sahib olmadığımız müddətdə nə ingilislər, nə fransızlar, nə də başqaları bizimlə həmsöhbət olmayacaq. Nüvə silahına sahib olduğumuz vaxt isə Tikjdaya və ya Aures dağlarına yerləşdirəcəyik. Daha sonra İsrail rejiminə Fələstindən çıxın! deyəcəyik."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.