haberL haberR

İsrailin BMT-dəki nümayəndəsi: Hizbullahın 120 min raketi İsraili məhv etməyə yetərlidir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.07.2016 15:27:04

İsrail rejiminin BMT-də olan nümayəndəsi təşkilatdan “Hizbullah”-ı Livanın cənubundan çıxarmağa səsləyib.

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin BMT-də olan nümayəndəsi  Denni Danon bu barədə deyib: “İsrailin əlində olan məlumatlara əsasən, Livanın cənubunda olan kəndlər, “Hizbullah”-ın silah ambarına çevrilib. Bu bölgə təşkilatın bazasıdır. “Hizbullah”-ın yerin altında gizlətdiyi çox sayda raketləri var. Bu təşkilat BMT-nin 1701 qətnaməsi zamanı 7 min raketə sahib idisə bu gün, 120 min raketə sahibdir. Bu raketlər İsrailin yaşayış bölgələrini məhv etməyə yetərlidir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.