haberL haberR

"İsrailin canı 'Hizbullah' raketlərinin əlindədir"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 06.03.2015 14:34:24 2479 dəfə oxunub.

General Cəfəri Ramhörmüz şəhərinin şəhidlərinin anma mərasimində çıxış edib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusunun komandiri general Məhəmməd Əli Cəfəri  Ramhörmüz şəhərinin şəhidlərinin anma mərasimində çıxışı zamanı sionist İsrail rejiminin canının "Hizbullah" və Qəzza xalqının sahib olduğu raketlərin əlində olduğunu bildirib.

General Cəfəri qeyd edib ki, İsrail ordusu sahib olduğu dünyanın ən yaxşı silahlarıyla nə qədər çalışsa və səy göstərsə də, Livan və Qəzza sərhədlərinə daxil ola bilir.
O, bu barədə belə deyib: 

"Bu necə bir qüvvədir ki, bölgənin ən yaxşı ordusunu dayandıra bilməyi bacarıb? Niyə Qəzzaya daxil ola bilmirlər? Bu gün  "Hizbullah" hərəkatı və Qəzza xalqının sahib olduğu raketlər İsraili məhv etməyə qadirdir. Sionistlər özləri də bunu bilir, amma heç bir şey edə bilmirlər".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.