haberL haberR

İsrailin "Maariv" qəzeti "Hizbullah"ın Suriyada itirdiyi komandirindən yazdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.05.2016 10:47:22

İsrail rejiminin mediası Livan “Hizbullah”-nın komandirinin ölüm xəbərinə maraqlı şərh verib

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, İsrailin Maariv qəzeti “Hizbullah” komandiri Mustafa Bədruddinin şəhadət xəbəri ilə bağlı yazı dərc edib.

Yazıda Bədruddinin ölümünün “Hizbullah”-a böyük zərbə olduğunu etiraf edən yazıda qeyd edilir: “O,  “Hizbullah”-ın banilərindən hesab olunurdu. O,  təşkilatın təhlükəsizlik və məlumat məsullarından idi. İmad Muğniyyənin öldürülməsindən sonra olduğu kimi, “Hizbullah”-ın bu boşluğu da qısa zaman ərzində dolduracağı istisna edilmir. İsraildə heç kim onun ölüm xəbərindən narahat deyil. Çünki o, Tel-Əvivə qarşı onlarla hücum planlaşdırıb.”

"Haarets" qəzeti də oxşar məqalə dərc edib. Qəzet İsrailin bu hücumda əlinin olmasını istisna edib.

Mustafa Bədruddin kimdir?

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.