haberL haberR

İsrailin Məscidül-Əqsanı bölməsinə icazə verməyəcəyik

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.09.2015 12:18:15

Abbas: "İsrailin Məscidül-Əqsanı vaxt və məkan baxımından bölməsinə icazə verməyəcəyik"

İslamazeri.az "AA"-ya istinadən xəbər verir ki, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas İsrailin Məscidül-Əqsanı vaxt və məkan baxımından bölməsinə icazə verməyəcəklərini söyləyib.

Abbas Ramallahda təşkil etdiyi mətbuat konfransında İsrailin Qüdsdəki etmək istədiklərinə icazə verməyəcəklərini ifadə edərək "Biz Qüdsdəyik və Qüdsdə də qalacağıq. Qüds ilə İslama və Xristianlara aid müqəddəs dəyərləri qoruyacağıq. Fələstini tərk etməyəcəyik. ondan heç bir parçasını buraxmadan möhkəm-möhkəm yapışacağıq" deyib.

"Açıq şəkildə söyləyirəm ki, Qüdssüz bir Fələstin dövləti olmaz" deyən Abbas sözlərinə belə davam edib:

"Fələstin dövlətinin paytaxtı 1967-ci ildə işğal edilən Şərqi Qüds olmalıdır. Bölünməyə əsaslanan hərəkətləri qəbul etmirik. Əqsa bizimdir, Qiyamət kilsəsi bizimdir. Çirkli ayaqlarıyla onları çirklətməyə haqqları yoxdur. Qüdsü qorumaq üçün edə bildiyimiz hər şeyi edəcəyik."

Qüdsü qorumağa davam edəcəkləri və Əqsaya zərər gəlməyəcəyini dilə gətirən Abbas "Qüdsün səsini yüksəltmək üçün döyülməmiş bir qapı belə buraxmayacağıq. Əqsadakı murabıtları, Məscidül-Əqsa üçün axıdılan hər qanı salamlayıram. Bu uğurda həyatını itirən şəhidlərimiz Allahın izniylə cənnətə gedəcək, yaralananlar isə savaba nail olacaq",- ifadələrindən istifadə edib.

Yəhudilər üçün yeni il olaraq qəbul edilən "Roş Aşana" tətili səbəbiylə təxminən 50 yəhudi qeyri-qanuni sakin kənd təsərrüfatı naziri Uri Ariel yoldaşlığında bazar günü Məscidül-Əqsaya girmiş, qeyri-qanuni sakinlərin Məscidül-Əqsaya alınmasına etiraz edən və içəri girmək istəyən fələstinlilərə əsgərlər səs bombası, gözyaşardıcı qaz və plastik güllələrlə müdaxilə etmişdi. Müdaxilə əsnasında aralarında qadınların da olduğu çox sayda adam yaralanmışdı.

Gərginlik bazar günündən bu yana davam edərkən, dünən səhər İsrail əsgərləri Məscidül-Əqsanın ətrafı vitrinlə əhatə olunmuş minbərinin yaxınlığına qədər girmiş və damına çıxmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.