haberL haberR

İsrailin təhsil naziri səssizliyini pozdu: "İsrail ordusu hər bir döyüşdə ciddi zərbə alır"

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 02.04.2016 10:07:41

İsrailinin təhsil naziri ölkəsinin baş nazirilə müdafiə nazirini tnqid atəşinə tutub

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, Naftali Bennet ölkəsinin baş naziri Benyamin Netanyahu və hərbi naziri Moşe Yalunu sərt tənqid edib.

O bu iki naziri İsrailin təhlükəsizliyinin təminatında yeni addımlar atmamaqda ittiham edərək deyib: “İsrailin təhlükəsizliyi barədə yeni ideyalar yoxdur. Bizim təhlükəsizlik barədə olan siyasətlərimizdə ciddi problemlər var. Bu siyasətlər bizi daima qarşıdurmalara çəkir. Ölkəmiz üçün şimalda, cənubda olan düşmənlərimiz, İran, “Hizbullah” və ya “Həmas”-ın raketləri təhlükəli deyil. Əsas təhlükə yeni düşüncə və ideyalarımızın olmaması və intellektual süstlüyümüzdür".

"İsrail rəhbərləri reallıqları lazımı dərəcədə dəyərləndirə bilmirlər. 2014-cü ildə HƏMAS-la müharibəmiz ordumuzun dövlətlə olan problemlərini açıq-aşkar bizə bildirdi. İsrail ordusu hər bir döyüşdə ciddi zərbə alır. Biz öz siyasətlərimizdə islahatlar aparmalıyıq.”, - deyə Bennet bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.