haberL haberR

İsrailli alim Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçıların rəhbərilə görüşdü

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 21.02.2015 16:33:27 2141 dəfə oxunub.

İşğalçı sionist rejiminin professorlarından olan Yair Auron Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edib

İslamazeri.az-ın "aysor.am" portalına istinadən verdiyi xəbərə görə, özünü qondarma Arçax (Qarabağ) respublikasının prezidenti hesab edən Bako Saakyan işğalçı rejiminin "Açıq universitet"in professoru olan Yair Auronu qəbul edib.

Görüşdə iki ölkələr arasında dostluq əlaqələri, erməni millətinin tarixi və Qarabağ münaqişəsi müzakirə edilib.

Saakyan Yair Auro tərəfindən erməni soyqırım tarixinin araşdırılmasının önəminə işarə edərək, bunu iki xalq arasında dostluğun əhəmiyyəti qədər mühüm olduğunu bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.