haberL haberR

İsrailli general: "Hizbullah"la baş verəcək yeni müharibə asan olmayacaq"

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.04.2015 12:28:37

İsrail ordusunun arxa cəbhə xidmətinin komandiri "Hizbullah"la baş verə biləcək yeni müharibənin İsrail üçün yaradacağı fəsadlardan danışıb

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, işğalçı İsrail ordusunun arxa cəbhə xidmətinin komandiri  Livan “Hizbullah”ı ilə baş verə biləcək yeni müharibə ilə bağlı maraqlı açıqlamalarla yadda qalıb.

General-mayor Eyal Ayzenberqin bildirdiyinə görə, ordunun qərargah rəisi “Hizbullah”la növbəti müharibənin ssenarisini “qorxu və vəhşət” adlandıraraq bildirib:

“Bu ssenariyaya əsasən, “Hizbullah” gündəlik 1500 raket ölkəmizin daxili bölgələrinə atəş açacaq, bu addım minlərlə insanın ölümünə və yaralanmasına səbəb olacaqdır”.

Ayzenberq sözlərinin davamında bildirib: “Hazırda “Hizbullah”ın ixtityarında 100-130 min raket var. Biz bu ssenariyaları müxtəlif bölgələrə göndərmişik ki, ehtimal olunan döyüş üçün hazırlıqlı olsunlar. Dövlət rəsmilərindən fərqli olaraq, İsrail xalqı bu təhlükədən xəbərsizdir. Bu elə bir haldadır ki, ölkənin 27 %-nin evinin sığınacağı yoxdur”.

İsrailli general həmçinin raketlərdən müdafiə kompleksi olan - "dəmir qübbə"nin raketlərin kifayət qədər qarşısını almağa qadir olmadığnı bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.