haberL haberR

İsrailli səlahiyyətlilərin Paris yürüşünə qatılması propaqanda məqsədi daşıyır

Kateqoriya: Siyasət Yayımlama tarixi: 12.01.2015 13:35:00

Bu barədə Fələstin Azadlıq Təşkilatının nümayəndəsi danışıb

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, dünən Fələstin Azadlıq Təşkilatının üzvü Teysir Xalid mətbuat konfransı zamanı, israilli səlahiyyətlilərin Paris yürüşünə qatılmasının, bu ölkənin ən böyük terrorçu olduğu həqiqətini dəyişdirmədiyini bildirib. 

Teysir Xalid belə danışıb: 

"Bəzi israilli səlahiyyətlilərinin bu yürüşə qatılması sadəcə propaqanda məqsədi daşıyır və bu, ölkələrinin terrorla dolu keçmişini silə bilməz. Onlar bu yürüşə qatılmaqla, Sabrave Şatilla , Kana və Şucaiyə kimi bölgələrdə həyata keçirdikləri vəhşi qətliamları və fələstinli körpələrin məsumcasına öldürülmələrini dünyanın yaddaşından silə bilməyəcəklər."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.