haberL haberR

İsrailli XİN rəsmisi: Ərəb ölkələrinin qapısı İsrailin üzünə açıqdır

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.03.2016 23:39:28

İsrail rejiminin xarici işlər nazirliyinin rəsmisi ölkəsinin bir çox ərəb ölkələri ilə əlaqədə olduğunu bildirib

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, Dore Qold bu məlumatların mediada tez-tez gündəmə gətirilməyəcəyi zamana qədər həmkarlıqlarının müsbət yöndə davam edə biləcəyini də gizlətməyib. İsrail rejiminin xarici işlər nazirliyinin direktoru vəzifəsini icra edən Qold bu əlaqədə maksimum şəkildə İsrailin xeyrinə istifadə etməyin zəruriliyini bildirib.

İsrailli diplomat deyib: “Biz dünya dövlətlərinin çoxu ilə həmkarlıq zamanı bəzi problemlərlə üzləşmişik. Hazirda bizim Avropa ilə problemlərimiz gizli deyil. Lakin buna baxmayaraq əksər ərəb ölkələrinin qapısı üzümüzə açıqdır. Biz son zamanlar ərəb ölkələrinin ölkəmizlə həmkarlığa can atdıqlarının şahidi oluruq. Bütün məsələlərdə müttəfiq olmasaq da, İran təhlükəsi barədə fikirlərimiz birdir və bu bizim səmimi olmağımıza şərait yaradır.”

Qeyd edək ki, SƏudiyyənin yanında olan bütün ərəb ölkələrinin İsrail ilə əlaqələrinin olduğu artıq dünya mediasına gizli deyil.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.