İstanbul terrorçusu Saakaşvili tərəfindən həbs olunubmuş

Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa şəhərinin meri olan Mixail Saakaşvili "facebook" səhifəsində Atatürk hava limanında törədilən terror aktının təşkilatçılarından biri, milliyətcə çeçen olan Rusiya vətəndaşı Əhməd Çatayev haqqında post yazıb.
Saakaşvili bildirib ki, Ə.Çatayev onun prezidentliyi dövründə hazırda Odessa Polis Departamentinin rəhbəri olan general Giorgi Lortkipanidze tərəfindən keçirilmiş əks-terror əməliyyatı zamanı həbs edilib. Həmin əməliyyat zamanı Gürcüstan təhlükəsizlik qüvvələriin 3 əməkdaşı öldürülüb: "2012-ci ildə hökümət dəyişikliyindən sonra, rusiyalı oliqarx İvanaşvilinin rəhbərlik etdiyi hökümət onu təcili azad etdi, yeni hökümətin bir çox lideri onu siyasi məhbus hesab edirdi. Mən o vaxt hələ də prezident idim və onun azadlığa buraxılmasına kəskin etiraz etdim, lakin mənim bu etirazım prokurorluq tərəfindən rədd edildi. İndi isə həmin adamın çox sayda günahsız insanı öldürdüyü bildirilir. Mənim 10 yaşlı oğlum hücum ərəfəsində eyni terminaldan səyahət edirdi, buna görə də bu qəddar qətlin qurbanları ilə özümü daha həmrəy hiss edirəm. Bəs, Gürcüstan höküməti də belə hiss edirmi?", deyə M.Saakaşvili hazırkı Gürcüstan rəhbərliyinə xitabən soruşub.
Gürcüstan höküməti Saakaşvilinin ittihamına cavab verməyib.
İyunun 28-də İstanbulda Atatürk Hava Limanında 44 nəfərin həyatına son qoyan terror aktı törədilib. Türkiyə mediası yazıb ki, canlı bombalardan biri Rusiya, digəri Özbəkistan, üçüncüsü isə Qırğızıstan vətəndaşı olub."Yeni Şafak" qəzeti terrorun əsas təşkilatçılarından biri olan Ə. Çatayevin 2013-cü ildən İŞİD-ə qoşulduğunu yazıb.(meydan.tv)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.