İstanbul-Xarkov aviareysilə gələn İŞİD terrorçuları yaxalandılar

Islamazeri.az-ın Unian-a istinadən verdiyi xəbərə əsasən, Ukrayna Təhlükəsizlik Xidməti və Sərhəd Xidməti əməkdaşları Xarkov şəhərinin hava-limanında, Türkiyədən gəlmiş iki Tacikistan vətəndaşını həbs ediblər. Onlar İŞİD terror təşkilatı ilə əlaqəlidirlər və Tacikistanda “islam” inqilabı hazırlayırdılar.
“Xarkov hava-limanında xidmət edən dövlət sərhəd xidmətinin əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin və Milli polisinin əməkdaşları ilə birgə İŞİD terror təşkilatı ilə əlaqəli olan və İnterpol tərəfindən axtarışda olar iki Tacikistan vətəndaşını aşkarlayaraq həbs ediblər.”, – deyə Dövlət Sərhəd Xidmətindən bildiriblər.
Cümə günü “Xarkov-avia” keçid məntəqəsində Xarkov dəstəsinin sərhədçiləri İstanbul-Xarkov reysini rəsmiləşdirən zaman İnterpolun məlumatlar bazasına daxil edilmiş iki Tacikistan vətəndaşını aşkarlayıblar.
Sərhəd xidmətinin məlumatlarına əsasən, sərhədçilər saxlanılanların üzərindən ərəb dilində mobil qurğu vasitəsi ilə işə salınan partlayıcı qurğuların hazırlanmasına dair video-dərslər və ekstremist tərkibli ədəbiyyat aşkarlayıblar.
“Nəticədə saxlanılanlar Tacikistanda “islam” inqilabı etmək niyyətində olduqlarına aydınlıq gətiriblər.”, – deyə bildirilir.
Sərhədçilər baş vermiş hadisə haqda İnterpolu Kiyevdə yerləşən Ukrayna bürosuna məlumat veriblər. Yoxlamaların nəticələrinə əsasən müəyyən edilib ki, saxlanılanlar İŞİD-lə əlaqəli şəxslər kimi beynəlxalq axtarışda olublar.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.