haberL haberR

İstanbulda 66 km-lik metro xəttinin tikilməsi planlaşdırılır

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 16:48:34

Tikintinin ilk etapı 2018-ci ildə tamamlanacaq.

İslamazeri.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin İstanbul şəhərinin rəhbərliyi şəhəri Qara dəniz sahilində yerləşən yeni hava limanı ilə birləşdirəcək 66 kilometrlik metro xətti tikməyi planlaşdırır.

Qara dəniz sahilində yerləşən İstanbulun 3-cü beynəlxalq hava limanı 2014-cü ildən bəri tikilməkdədir. Layihənin 2018-ci ildə tamamlanması planlaşdırılıb. Hava limanında 6 uçuş zolağı olacaq. Yeni limanın sərnişin qəbul etmə həcmi isə ildə təxminən 200 milyon nəfə olacaq.

Tikintinin planı cümə günü Nəqliyyat Nazirliyinə təqdim edilib. Xətt 13 stansiyadan ibarət olacaq. Onlardan iksi İstanbulun yeni hava limanında yerləşəcək.  Şəhərin 6 rayonundan keçəcək xəttin uzunluğu 66 kilometr təşkil edəcək.

Tikintinin ilk etapı 2018-ci ildə tamamlanacaq. İkinci isə 2021-ci ildə tamamlanacaq. Layihənin dəyəri 4,85 milyard türk lirəsi olaraq qiymətləndirilir.

Bu yeni metro xətti ilə sərnişinlər hava limanına 30 dəqiqəyə çatacaq. Hazırda metro ilə yalnız Atatürk hava limanıa getmək olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.