haberL haberR

İstanbulda Əhmədinejada etiraz edən şəxs döyüldü

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 01.03.2015 16:22:22

Türkiyədə səfərdə olan İranın eks prezidentinə çıxışı zamanı etiraz edən şəxs gənclər tərəfindən döyülüb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə,  "Milli Görüş" hərəkatının dəvətiylə Türkiyədə səfərdə olan İranın eks prezidenti Mahmud Əhmədinejadın çıxışı zamanı etiraz edən şəxs gənclər  tərəfindən döyülüb.

İstanbulun Esenyurt rayonunun bələdiyyə binasında çıxış edən Mahmud Əhmədinejadın çıxışı zamanı İŞİD xəvariclərin dəstəkçisi olan şəxs  "Qatil İran" qışqırıb.

Bunu görən "Milli Görüş" hərəkatının üzvləri və zaldakı gənclər ona etiraz edərək zaldan çıxarıblar.

Çıxarılan zaman gənclərə söyüş söyən təxribatçı döyülüb.

Bu şüardan sonra zaldan "Məhv olsun Amerika" şüarları səsləndirilib.

Əhmədinejad isə, düşmənlərin Türkiyə və İran xalqlarının arasında nifaq toxumu səpmək istədiklərini bir daha təkrar edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.