haberL haberR

İstanbulda hava limanındakı terrorçulardan biri belə vuruldu və o, özünü partlatdı - Video

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.06.2016 04:04:53

Xəbər verdiyimiz kimi bu gün İstanbulun Atatürk Hava Limanında xarici reyslərin həyata keçirildiyi hava limanının ərazisində 3 hissəli terror aktı törədilib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, terror aktını həyata keçirənlərdən biri Atatürk Hava Limanının mühafizə xidmətinin işçisi tərəfindən vurulduqdan sonra, o üzərindəki partlayıcını işə salb.

Qeyd edək ki, Türkiyənin baş naziri bir neçə dəqiqə öncə bildirib ki, 3 kamikadze özlərilə Haval limanına avtomat silahı keçiriblər. Onlar öncə insanlara atəş açmış. daha sonra üzərlərindəki qurğunu işə salıblar. Məhz bu terrorçulardan birinin atəş açmağa başladığı vaxt mühafizəçinin sərrast atəşi onu ciddi yaralayır, o yaralı halda yerdə ikən üzərindəki qurğunu işə salıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.