haberL haberR

İstanbulda mafia liderlərindən biri öldürüldü

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.12.2014 1:59:46

İstanbulda Bakı saatı ilə gcə 12-də silahlı hücum nəticəsində tanınmış mafia liderlərindən biri öldürülüb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Bakı saatı ilə gecə saat 12:00 radələrində kriminal aləminin tanınmış avtoritetlərindən olan Sedat Şahinin kiçik qardaşı Vedat Şahin və köməkçisi Ferdi Topal İstanbulun Nişantaşı bölgəsində silahlı hücum nəticəsində həyatlarını itiriblər.

Verilən məlumata görə, bir məkandan çıxan Vedat Şahin və köməkçisi Ferdi Topal  naməlum avtomobildən "Kalaşnikov" silahından açılan avtomatik atəş nəticəsində yaralanıblar.

Yaralılar yaxınlıqdakı "Amerikan" xəstəxanasına çatdırılsalarda, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Türk mediası öldürülən şəxsi "mafia atası" kimi təqdim ediblər.

Yayılan məlumata görə, "Şahin" qardaşları İstanbulun "gecə həyatı"nın "hakim"i kimi tanınırlar. Hətta onların istədiyi müğənnini istədiyi vaxt öz məkanlarına əmr ilə gətirdikləri də 2005-ci ildə təsbit edilib. 2005-ci ildə onlara qarşı geniş əməliyyatlar keçirilsədə, böyük cəza alan kriminal dəstə 2010-da azad edilmişdilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.