İstanbulda möhtəşəm Aşura mərasimi (Video -Foto)

İslamazeri.az-ın xüsusi müxbiri xəbər verir ki, hər il olduğu kimi, bu il də İstanbulda Halkalı bölgəsinin Zeynəbiyə qəsəbəsində izdihamlı Aşura mərasiminin keçirilib. Gecə saatlarından başlayan Aşura mərasiminin axşam saatlarına kimi davam etdiyi bildirlir.
Zeynəbiyyə prospektindən "Aşura meydanı"nda yerləşən "Yəhya Bayatlı" adına tədbir salonuna kimi müxtəlif heyətlər mərsiyə və şüar sədaları altında yürüş keçiriblər. Tədbirə Əhlibeyt alimləri, ictimai siyasi xadimlər və Türkiyədə yaşayan müsəlmanlar cəm olublar. Bundan başqa Zeynəbiyənin bütün küçələrində ehsan çadırları qurulmuş, müxtəlif heyətlər dəstə şəklində əzadarlıq ediblər.
Bu dəqiqəyə qədər bu mərasimlərdə hər hansı bir olay baş verməyib, həmçinin keçən illərə nisbətdə bu il İstanbulda Aşura mərasimlərinə gələn əzadarların təhləkəsizliyini təmin edən polis və hüquq mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. Bundan başqa, "Zeynəbiyə mühafizə" adlı qurum yaradılıb və polisdən başqa onlar da, mərasimlərə qatılanların üst və əllərindəki çantaları yoxlayırlar.
Qeyd edək ki, Məhərrəm ayının birinci günündə Türkiyə şiələrinin ən nüfuzlu alimlərindən və liderlərindən sayılan Səlahəddin Özgündüz İstanbulda baş verə biləcək terror aktlarına qarşı tərəfdarlarını, hüquq mühafizə orqanları və ümumilikdə Türkiyə dövlətini ayıq olmağa çağırmışdı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.