haberL haberR

İstanbulda özünü partladan qadının kimliyi təsdiq edildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.01.2015 14:13:00 3648 dəfə oxunub.

Özünü İstanbulda partladan kamikadze qadının anası fotoşəkillərdən qızını tanıyıb

İslamazeri.az-ın “Lifenews”-a istinadən verdiyi xəbərə görə, İstanbulda özünü partladan terrorçu kamikadze qadının kimliyi təsdiqlənib. İstanbulda Soltanəhməddə Polis Şöbəsində özünü partladmaqda şübhəli bilinən 18 yaşlı Diana Ramazanovanın qohumları fotoşəkillərdə özünü partladan qızın  Diana olduğunu təsdiqləyiblər. Qızın anası Rayzanat Ramazanova DNT testləri üçün öz qanını xüsusi xidmət orqanlarına verib. İnterpol vasitəsi ilə keçiriləcək ekspertizada Türkiyə xüsusi xidmət orqanları hadisə yerindən cəsədin qalıqlarından götürdükləri nümunələrini Rusiya xüsusi xidmət orqanlarına tutuşdurmaq üçün göndəriləcək.

Diana  Ramazanova Dağıstanın cənubunda Dərbənd şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçən Diana şəhərdə satıcı işləyib. Diana sosial şəbəkə vasitəsi ilə Türkiyəli İdris adlı şəxslə tanış olub, daha sonra onunla evlənib və İstanbula köçüb. Göründüyü kimi, türk vətəndaşı terrorçuluğa cəlb edən casus olub.

Xüsusis xidmət orqanlarının məlumatına görə, Diana Ramazanovanı Rusiya Federasiyası ərazisində bir neçə dəfə terror aktı törətməyə təhrik etsələr də, naməlum səbələrdən bu baş tutmayıb. Amma yanvarın 6-da İstanbulda polis məntəqəsinə yaxınlaşan Diana pul qabının itdiyini bildirərək polislərin olduğu posta girərək üzərində olduğu partlayıcı qurğunu işə salıb.

Diananın rəfiqəsi olan Marina Alexina öz müsahibəsində bildirib ki,  Diana 2011-ci ildə Moskva şəhərinin Domodedovo hava limanında baş verən terror hadisəsinə çox pis yanaşırdı. O hər zaman mənə deyirdi  ki, vəhabilərdən uzaq olmaq lazımdır, onlar çox pis adamlardır. Daha sonra  Marina bildirib ki, Diananın hələ məktəb illərində Dərbənd də evləndiyi birinci ərindən boşandıqdan sonra onun xasiyyəti dəyişib. Moskvaya gələndən bir neçə müddət sonra isə Diana internet vasitəsi ilə türklə tanış olaraq İstanbula gedir. O, hətta mənə əri ilə olan şəkilləri göndərərək xoşbəxt olduğunu, hicaba gəldiyini və ərəb dilini öyrəndiyini bildirib.

Daiana Ramazanovanın atalığı isə qızının 2014-cü ilin iyun ayında İstanbula istirahət etməyə getdiyini bildirib.

Qeyd edək ki, yanvarın 6-sı İstanbulda baş verən terror hadisəsində bir polis işçisi həlak olub, bir nəfər isə yaralanıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.