haberL haberR

İstanbulda polis bölməsinə silahlı basqın

Kateqoriya: Region Yayımlama tarixi: 03.03.2016 13:00:31

Polis idarəsinə hücum edənlər qadınlar olub.

İstanbulda polis bölməsinə silahlı basqın olub. Bayrampaşa istiqamətində olan Çevik Qüvvələr Şöbə Müdürlüyünə basqın zamanı odlu silah və əl bombalarından istifadə edilib. Polislər cavab atəşi açıblar. Bundan sonra hücum edənlər hadisə yerindən qaçıblar. Hücum zamanı bir polis işçisinin də yaralandığı deyilir. 

Polisə əl bombası atan, atəş açan iki terrorçu qadın olub.  Biri qolundan yaralanan qadınlar maşınla qaçıblar. İlkin məlumata görə, onlardan biri yaralıdır. İki nəfərin bir binada gizləndikləri müəyyən edilib.  

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb edilib. Terrorçuların sığındıqları binanın yaxınlığında yüksək təhlükəsizlik tədbirləri görülüb, polislər hadisə yerinə cəlb edilib. Onlar qadınları təslim olmağa inandırmağa çalışırlar. ANS

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.