haberL haberR

İstanbulda səs-küylü ölüm: Ramzan Kadırova müxalif çeçen zəhərlənərək həyatını itirdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.03.2015 01:14:01

İstanbulda Çeçenistan müharibəsində çeçen yaraqlılar tərəfdə döyüşən Saduyev adlı çeçen zəhərlənərək həyatını itirib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbulda Başakşehir bölgəsində yaşayan qaçqın Kaim Saduyev həyatını itirib.

İlkin ehtimallara görə, ona qarşı sui-qəsd həyata keçirilib.

Dağlardan yığılaraq ona göndərilən bitkilərdən istifadə etdikdən sonra ailəsi ilə birlikdə zəhərlənən Saduyev xəstəxanaya yerləşdirilib.

Kaim Sadiyev həyatını itirsədə, həkimlər onun bir övladını və həyat yoldaşının həyatını xilas edə biliblər.

Türkiyə mediasına açıqlama verən çeçenlər bitkilərdən kimyəvi zəhər aşkarlandığını iddia ediblər.

Ekspertiza rəsmi olaraq bu faktı təsdiqləməyib.

Kaim Saduyevin Çeçenistan prezidenti Ramzan Kadırova qarşı olduğu bildirilir.

Qeyd edək ki, Kaim Saduyevin 4 qardaşı Çeçenistan müharibəsində ruslar tərəfindən öldürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.