haberL haberR

İstanbulun mərkəzində qadınları istismara cəlb edən elanlar- (Təfərruat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.02.2015 12:50:30 4048 dəfə oxunub.

Həmin qadınlar və şəbəkə işçiləri təhlükəsizlik kameralarından da gizlənməyə çalışırlar

İslamazeri.az "habervaktim"ə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində ölkədə çətin vəziyyətdə yaşayan ərəb və afrikalı qadınların cinsi istismarı ilə məşğul olan şəbəkə ortaya çıxıb. Şəhərin divarlarına "işlə təmin edilir" başlıqlı ərəb dilndə afişalar asılsa da, müraciət edənlər fərqli mənzərə ilə qarşılaşır. 

Adı çəkilən mövzu barədə "vəhdət" qəzetində də məlumat verilib.

Elanda yazılan nömrələrə zəng vurulduqda telefonu açanlar şəxslər əvvəl ərəb dilində cavab verirlər. Qarşı tərəfin ərəbcə danışmaması halında isə dərhal telefonu söndürürlər.

Digər bir zəngdə isə "ciddi müştəri"nin olduğu bildirilir və bazarlıq başlayır. "Müştəri"ni qarşılayan şəxs qabaqda gedərək gizli bir küçəyə girir. İlk əvvəl şəbəkə üzvü 100 TL (təxminən 33 AZN) qarşılığında əlaqədə ola biləcəyini söyləyir. Bazarlıqla bu rəqəm 40 TL-yə (təxminən 13 AZN) qədər endirilə bilir. "Müştəri" daha sonra günlük kirayələnmiş (qadınların olduğu) mənzilə aparılır.

Qeyd edək ki, suriyalı, iraqlı və afrikalı qadınların cinsi istismarda istifadə edən şəbəkə İstanbulun sıx və hərəkətli yerlərinin gizli küçələrində yer alır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.