haberL haberR

İsveçdə islamafob hadisə: Məscid yandırıldı

Kateqoriya: İslam Yayımlama tarixi: 25.12.2014 23:46:53

Avropada növbəti islamafob hadisə İsveçdə məscid yandırıldı

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərindən 100 km aralıda yerləşən Eskilstun şəhərində məscid yandırılıb.

Yanğın zamanı iki nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Bir nəfər isə sınıq xəsarəti alıb.

 

Hadisə şahidləri məscidin yandırıldığını bildirib. Şahidlər məscidin qarşısında əlində şüşə qabla şübhəli bir nəfəri gördüklərini bildiriblər.

 Yandırılan məscid yaşayış binasının birinci mərtəbəsində yerləşir. Yanğın zamanı məsciddə 20 nəfər olduğu bildirilir. Xoşbəxtlikdən ölən olmayıb.

 

Qeyd edək ki, məscidin yandırılması avropada ilk belə hal deyil. Belə ki, 2013-cü ildə Fransada məscidlərə on hücum halı qeydə alınıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.