haberL haberR

İsveçrədə üzü örtmək rəsmi şəkildə qadağan edildi

Kateqoriya: Həyat Yayımlama tarixi: 09.07.2016 14:02:20

İsveçrənin Tiçino kantonunda anti-islam qərar qüvvəyə minib

İslamazeri.az-ın "islam-today"saytına istinadən verdiyi xəbərə əsasən, İsveçrənin Tiçino kantonunda pərəncə, niqab və bu kimi geyimlərdə gəzməyə rəsmi şəkildə qadağa qüvvəyə minib. Artıq bütün bu müsəlman paltar predmetləri ilə ictimai yerlərdə görünmək qadağandır.

Yeni qanunun əməl olunmasına polis əməkdaşları nəzarət edəcəklər. İsveçrənin daxili işlər orqanlarına bunun üçün yeni “mədəniyyətlərarası vasitəçi” vəzifəsi daxil edilib. Bu vəzifə polislərə potensial qanun “pozucuları” ilə ünsiyyət qurmağı öyrədəcək. Qanunu pozanlar isə 9200 avroyadək cərimələnə bilərlər. Qeyd etmək lazımdır ki, hazırda Tiçino kantonunun əhalisi təxminən 350 min nəfərdir. Əhalinin böyük əksəriyyəti – 70 faizi katoliklərdir. Qalan 30 faiz isə müxtəlif dinlərin  nümayəndələridirlər, onlar arasında müsəlmanlar çox azdır. Və buna görə, çox güman ki, qadağa yerli sakinlərin həyatında heç cür öz təsirini qoymayacaq, lakin bu qərar ildə region büdcəsinə 17,5 milyon avroyadək xeyir gətirən müsəlman ölkələrindən gələn turistlərin sayını olduqda nəzərə çarpacaq qədər azalda bilər.

Xatırladaq ki, məsələ 2013-cü ildən müzakirə edilir, referenduma çıxarılıb və 2015-də təsdiq edilsədə, məhkəmənin rəsmi açıqlamasına görə qüvvəyə minməmişdi.

Onu da qeyd edək ki, belə bir qadağalar Latviya, Bolqarıstanda bir şəhərdə qüvvəyə minib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.